“Neftçi”nin UEFA kubokundakı rəqibi Avstriya çempionatında məğlub olub

“Neftçi”nin UEFA kubokundakı rəqibi Avstriya çempionatında məğlub olub
# 28 iyul 2007 10:34 (UTC +04:00)
Azərbaycanı UEFA kubokunda təmsil edən “Neftçi”nin rəqibi “Rid” Avstriya çempionatının növbəti turunda məğlubiyyətə düçar olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Rid” ölkə birinciliyinin 4-cü turu çərçivəsində Vyananın “Austriya” klubu ilə qarşılaşıb. Helmut Kraftın rəhbərlik etdiyi kollektiv doğma divarlar arasında minimal hesabla uduzub. Oyunda yeganə qolu 81-ci dəqiqədə Sanel Kuljiç vurub. “Rid” məğlubiyyətə görə turnir cədvəlinin zirvəsinə yüksəlmək şansını itirib. Hazırda aktivində 6 xal olan “Rid” Avstriya çempionatının ikinci pilləsində qərarlaşıb. Beləliklə, avstriyalılar UEFA kubokunun birinci təsnifat mərhələsinin cavab oyununu keçirmək üçün Bakıya məğlub gələcəklər. “Neftçi”nin rəqibi avqustun 1-də saat 17:15-də paytaxtımıza təşrif buyuracaq. İyulun 19-da Rid şəhərində baş tutmuş ilk görüşdə “Neftçi” 1:3 hesabı ilə məğlub olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR