Qurban Qurbanov: “Suriyalı hücumçu ilə müqavilə bağlayıb-bağlamayacağımız maliyyə məsələlərindən asılı olacaq”

Qurban Qurbanov: “Suriyalı hücumçu ilə müqavilə bağlayıb-bağlamayacağımız maliyyə məsələlərindən asılı olacaq”
# 28 iyul 2007 11:48 (UTC +04:00)
“Suriyalı hücumçu Əbdül Fəttah Əl-Ağadan təxminən 70 faiz razı qaldım. Onunla müqavilə bağlasaydıq, pis olmazdı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırıcı bildirib ki, Ə.F. Ağanı transfer etmək üçün onun çıxış etdiyi Suriyanın “Əl-İttihad” komandasının rəsmiləri ilə danışıqlar aparılacaq: “Hər şey qarşı tərəfin şərtlərindən və maliyyə məsələlərindən asılıdır. Suriyalılar sərfəli təklif irəli sürsələr, hücumçunu komandamıza qəbul edəcəyik”. Q. Qurbanov 23 yaşlı suriyalının bir sıra müsbət keyfiyyətlərə malik olduğunu vurğulayıb: “Əbdül Fəttah Əl-Ağa potensialını bir yoldaşlıq görüşündə və məşqlərdə tam göstərə bilməz. Bununla belə, “Bakı” ilə oyunda onun sürətli, başla yaxşı oynayan, güclü zərbələrə malik hücumçu olduğunu gördüm”. “Neftçi”nin baş məşqçisi, həmçinin, Əbdül Fəttah Əl-Ağanın bu gün vətəninə döndüyünü söyləyib: “O, bu gün Suriyaya yollanır. Bilmək olmaz, bəlkə daha “Neftçi”yə qayıtmadı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR