“Gilan” futbol klubunun adı yenidən dəyişdirilib

“Gilan” futbol klubunun adı yenidən dəyişdirilib
# 31 iyul 2007 12:14 (UTC +04:00)
Qəbələnin “Gilan” futbol klubunun adı yenidən dəyişdirilib. Klubun mətbuat katibi Nail Kərimovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, komanda XVI milli çempionatda “Qəbələ” adı altında çıxış edəcək. N.Kərimov bildirib ki, klubun adının dəyişdirilməsi təşəbbüsünü prezident irəli sürüb: “Bu təşəbbüs komandanın prezidenti Tale Heydərova məxsusdur. O, klubun təmsil etdiyi rayona uyğun adlandırılmasını məqsədəuyğun saydı”. N.Kərimov ad dəyişdirilməsi ilə bağlı prosedur qaydaların başa çatdığını deyib. Bütün zəruri sənədlər bu gün AFFA-ya təqdim olunub. N.Kərimov, həmçinin vurğulayıb ki, “Qəbələ” növbəti çempionata hazırlıq məqsədi ilə bu gün Bakıya gələcək. Baş məşqi Ramiz Məmmədovun rəhbərlik etdiyi komanda sabah Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda “Turan”la yoldaşlıq görüşü keçirəcək. Bu həftənin sonunda isə “Qəbələ”nin “Bakı” ilə yoxlama oyunu nəzərdə tutulub.
Qeyd edək ki, 2005-ci ildə “Göygöl” kimi təsis olunan klub ilk dəfə güclülər dəstəsinə vəsiqə qazandıqdan sonra adını dəyişib. Ötən il, yeni mövsüm öncəsi Qəbələ komandası “Gilan” adlandırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR