Zinəddin Zidan Azərbaycan kinosuna baxacaq

Zinəddin Zidan Azərbaycan kinosuna baxacaq
# 03 sentyabr 2007 15:10 (UTC +04:00)
Fransa yığmasının sabiq futbolçusu Zinəddin Zidan Azərbaycan kinosuna baxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu məqsədlə Z.Zidan Tatarıstanın paytaxtı Kazanda keçiriləcək III “Qızıl Minbər” Beynəlxalq Müsəlman Kinosu festivalında iştirak edəcək. Festival 6-12 sentyabr aralığında olacaq. Dünya və Avropa çempionu Kazana sentyabrın 7-də təşrif buyuracaq. Bir günlük səfər proqramına əsasən, Z.Zidan Tatarıstanın prezidenti Mintimer Şaymiyevlə görüşəcək, festivalda nümayiş olunacaq əsərləri izləyəcək, eləcə də, uşaq evinə baş çəkəcək. Onun xeyriyyə matçında iştirakı da nəzərdə tutulub. “Qızıl Minbər” festivalında 16 tammetrajlı, 15 qısametrajlı, 12 sənədli film, həmçinin, 6 telereportaj göstəriləcək. Müsabiqədə Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, İran, İraq, Misir, Əlcəzair, Tunis, Bəhreyn, Fələstin, İndoneziya, Hindistan, Bosniya, Xorvatiya, Özbəkistan, Tatarıstan, Başqırdıstan və Şimali Osetiya kinomotoqrafları çıxış edəcəklər. Festivalda ölkəmizin bir filmi nümayiş olunacaq. Z.Zidan Azərbaycan istehsalı olan “Dost” filminə baxacaq.
Qeyd edək ki, Z.Zidan müsəlman olduğu üçün festivala gəlməyə razılıq verib. Futbolçu karyerası ərzində Fransa yığmasının şərəfini qorusa da, əslən əlcəzairlidir. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR