Azərbaycanın futbol veteranları Vitali Daraseliyanın yubiley mərasimində iştirak edəcəklər

Azərbaycanın futbol veteranları Vitali Daraseliyanın yubiley mərasimində iştirak edəcəklər
# 19 sentyabr 2007 10:13 (UTC +04:00)
“Neftçi” Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayev və vitse-prezident İsgəndər Cavadova Gürcüstan Futbol Federasiyasından dəvət gəlib. Azərbaycanın futbol veteranları Gürcüstanın mərhum futbolçusu Vitali Daraseliyanın 50 illik yubileyi münasibətilə qonşu ölkə prezidenti Mixail Saakaşvilinin təşəbbüsü ilə təşkil olunan mərasimə qatılacaqlar. Bu haqda “APA-Sport” agentliyinə Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, oktyabrın 2-də başlanacaq tədbir ertəsi gün Gürcüstanın paytaxtı Tbilisidə yerli “Dinamo” və keçmiş SSRİ-nin futbol veteranları arasında keçiriləcək yoldaşlıq görüşü ilə yekunlaşacaq.
Qeyd edək ki, 1981-ci ildə Tbilisinin “Dinamo” klubunun heyətində UEFA kubokunu qazanan V.Daraseliya avtomobil qəzası nəticəsində vəfat edib. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR