Roman Pokora AFFA-nı dəstəkləyir

Roman Pokora AFFA-nı dəstəkləyir
# 21 sentyabr 2007 13:15 (UTC +04:00)
“AFFA “İnter”lə səfər oyunumuzu təxirə salmaqla, düzgün qərar çıxarıb”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Zaqatalanın “Simurq” klubunun ukraynalı baş məşqçisi Roman Pokora deyib. AFFA-nın qərarını dəstəkləyən R.Pokora Zabrat qəsəbə stadionunda oynamağın problem olduğunu söyləyib: “Zabratdakı stadionun ot örtüyünün vəziyyəti pis olduğundan, orada oynamaq problemdir. “İnter”in də son vaxtlar xal itirməsində bu amilin böyük təsiri var. Tofiq Bəhramov adına Respublika stadionu konsertə görə bağlanıb, “Şəfa” stadionunda isə yenidənqurma işləri hələ başa çatmayıb. Belə olan halda, oyunun başqa vaxta təxirə salınması daha məqsədəuyğun olardı”. R.Pokora meydança amilinin qabardılmasını daha düzgün olduğunu bildirib: “Oktyabrın 26-dan başlayaraq kubok oyunları da olmaqla sıx qrafik olacaq. Bu mənada oyun praktikası vacibdir. Əks halda, problemlə üzləşirsən. Oyun praktikasını aradan qaldırmaq məqsədilə Qaxın gənclərdən ibarət yığma komandası ilə yoxlama matçı keçirməli olacağıq. İstənilən halda, əsas məsələ meydançadır. AFFA öt örtüyü pis olan stadionlarda oyun keçirilməsinə qadağa qoymalıdır. Bu, matçın nəticəsinə öz mənfi təsirini göstərir”. AFFA “İnter” “Simurq”a görüşünü oktyabrın 20-nə təxirə salıb.
Qeyd edək ki, ot örtüyü tamamilə dəyişdirilən “Şəfa” stadionu həmin vaxtadək hazır olacağından, “Simurq” “İnter”lə bu arenada görüşəcək. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR