FİFA hakimi Fariz Yusifov iki oyunluq diskvalifikasiya edilib
21 sentyabr 2007 14:23 (UTC +04:00)
FİFA hakimi Fariz Yusifov cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA Hakimlər Komitəsi onu XVI milli çempionatın son turunda idarə etdiyi “Neftçi” “Standard” görüşündə buraxdığı səhvə görə, iki oyunluq cəzaya məruz qoyub. Baş hakim matçın 56-cı dəqiqəsində hesab 2:1 “Neftçi”nin xeyrinə olarkən, komandanın kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərməli imiş. Ancaq F.Yusifov R.Sadıqovun “Standard”ın braziliyalı futbolçusu Leonardo da Silva Roşa ilə mübarizədə kobud oyununu sarı vərəqə kimi qiymətləndirib. “Standard”ın bununla bağlı şikayətinə baxan AFFA-nın Ekspert Komissiyası hakimin səhv qərar çıxarması ilə bağlı Hakimlər Komitəsinə müraciət edərək, məsələyə baxılmasını istəyib. F.Yusifov cari çempionatda Anar Niyazov və Ceyhun Haşımovdan sonra cəzalanan üçüncü hakim olub. /APA-Sport/
Döyüş növləri
FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
17:28
9 sentyabr 2024
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
17:32
6 sentyabr 2024
Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl, bir gümüş medal qazanıb - YENİLƏNİB
18:31
5 sentyabr 2024
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
02:45
26 avqust 2024