Ələddin Ağai: “AFFA prezidentinin böyrəyində xərçəng olması ilə bağlı yazılanlar uydurmadır”

Ələddin Ağai: “AFFA prezidentinin böyrəyində xərçəng olması ilə bağlı yazılanlar uydurmadır”
# 25 sentyabr 2007 09:50 (UTC +04:00)
“AFFA prezidenti Ramiz Mirzəyevin böyrəyində xərçəng olması ilə bağlı yazılanlar uydurmadır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibinin müavini Ələddin Ağai deyib. Onun sözlərinə görə, R.Mirzəyevin səhhətində problem başqa səbəbdən yaranıb: “Həqiqətən də Ramiz Mirzəyevin səhhətində nasazlıq yaranmışdı. Lakin bu, ciddi deyildi. O, bir müddət öncə Türkiyədə müalicə edilib”. Federasiya rəhbərinin səhhətinin normal olduğunu söyləyən Ə.Ağai bildirib ki, prezident iş fəaliyyətini bir neçə gündən sonra bərpa edəcək: “Ramiz müəllim Türkiyədən müalicədən qayıtdıqdan sonra işə çıxmayıb. Çox güman ki, o, oktyabrın əvvəllərində yenidən fəaliyyətə başlayacaq”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR