Baloğlan Əşrəfovun həkimi “Qalatasaray” klubunun prezidentini əməliyyat edib

Baloğlan Əşrəfovun həkimi “Qalatasaray” klubunun prezidentini əməliyyat edib
# 26 sentyabr 2007 11:36 (UTC +04:00)
Türkiyənin “Qalatasaray” futbol klubunun prezidenti Özhan Canaydın cərrahiyyə əməliyyatı keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, mədəaltı vəzisi olan Ö.Canaydın bu gün Bakı vaxtı ilə saat 12:00-da İstanbulun “Memorial” xəstəxanasında cərrah stoluna çıxıb. Onu Munci Kalylıoğlu və Koray Acarlı əməliyyat edib. Əməliyyatdan sonra “Qalatarasaray” prezidentinin səhhəti barədə məlumat verilmir.
Qeyd edək ki, K.Acarlı Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfovun da həkimi kimi tanınır. Qaraciyər nahiyəsindən əziyyət çəkən həmvətənimiz bir neçə ay öncə İstanbulda məhz K.Acarlı tərəfindən uğurla əməliyyat olunub. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR