Azərbaycan Portuqaliya görüşünün biletləri 50 manata olacaq

Azərbaycan  Portuqaliya görüşünün biletləri 50 manata olacaq
# 28 sentyabr 2007 09:49 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan Portuqaliya matçına 27 min bilet hazırlanacaq. AFFA-dan “APA-Sport” agentliyinə verilən məlumata görə, biletlər oyuna bir neçə gün qalmış satışa çıxarılacaq. Artıq biletlərin qiyməti də məlumdur. Qarşıdakı matça ən ucuz bilet 1 manata satılacaq. Bundan başqa, kassalara 2, 3, 4, 5, 7, 8, və 10 manatlıq biletlər də paylanacaq. Milli komandamızın oyununa ən baha bilet 50 manata olacaq. Oyunun gedişini VİP-də (rəsmi şəxslərin lojası) izləmək istəyənlər məhz bu qədər xərcə düşəcəklər. Yığmamızın Portuqaliya ilə görüşündən 4 gün sonra Respublika stadionunda Serbiyaya qarşı keçiriləcək matça da ayrı biletlər satılacaq. Həmin biletlərin qiymətləri hələ müəyyənləşməyib. Hər iki oyunun biletlərinin eyni gündə satışa çıxarılacağı gözlənilir. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR