Antiterror tədbirlərində şəhid olan polis əməkdaşlarının xatirəsinə cüdo yarışı keçirilib

Antiterror tədbirlərində şəhid olan polis əməkdaşlarının xatirəsinə cüdo yarışı keçirilib
# 27 dekabr 2023 17:35 (UTC +04:00)

Antiterror tədbirləri nəticəsində şəhid olan polis əməkdaşlarının xatirəsinə cüdo yarışı təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Əlahiddə Çevik Polis Alayında (ƏÇPA) antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri keçirilib.

Polis əməkdaşları arasında keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, DİN-in İdman Cəmiyyətinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndləri və digər qonaqlar iştirak ediblər. Yarışdan əvvəl ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Çıxış edən şəhid ailələrinin nümayəndələri, eləcə də polis əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirələrinin həmişə uca tutulduğunu və onların dövlətin ali rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal və fəxri fərmanlarla təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR