Tovuzda iki minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb

Tovuzda iki minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb
# 16 noyabr 2015 21:53 (UTC +04:00)

Tovuz. Azər Məmmədli-APA. Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın gərb bürosunun məlumatına görə, hadisə Tovuz rayonunun Yanıqlı kəndinin girişində qeydə alınıb.

“VAZ 21011” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 21011” –in iki sərnişini, Ağdaş rayon sakinləri 1976-cı il təvəllüdlü Əliyeva Cahan və 1967-cı il təvəllüdlü Qasımova Sərmayə müxtəlif bədən xəsarətləri Tovuz Rayonu Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR