APA-nın xəbərinə görə, bu barədə Aleksandr Murinsonun “The Washington Times” nəşrində çap olunan məqaləsində bildirilir.
Qeyd edilir ki, Azərbaycan mürəkkəb regionda yerləşir, cənubda Azərbaycanın iqtisadi inkişafı və hərbi qüdrətini təhdid olaraq görən İran, şimalda başqa dövlətlərin ərazisini ilhaq edən Rusiya, qərbdə isə Rusiyanın vassalı olan Ermənistan yerləşir.
“Taliban” və İŞİD-in Xəzər dənizinə yaxın bölgələrdə fəaliyyət göstərdiyi bir məqamda, Qərblə strateji anlaşmalara sadiq olan dövlətlə müttəfiqlik ehtiyatlı addım olardı. ABŞ-dan olan birmənalı dəstək Bakını arxayın salacaq və ona nümunəvi müsəlman demokratiyası qurmaq kimi uzunmüddətli daxili siyasət həyata keçirməyə imkan verəcək”, - deyə məqalədə vurğulanıb.
Müəllif onu da əlavə edib ki, Azərbaycan əhalisi sabitliyin qorunması və bir çox müsəlman ölkələrində müşahidə olunan İslam radikalizminin girdabına düşməmək üçün ölkənin indiki rəhbərliyinə alternativ olmadığını düşünür.
“Xüsusən də Azərbaycan elektoratı “Ərəb baharı” ssenarisindən ehtiyat edir. Azərbaycan dəfələrlə müxtəlif güc mərkəzləri arasında manevr etmək və bununla yanaşı, ölkənin bütövlük və müstəqilliyini saxlamaq bacarığını nümayiş etdirib. İlham Əlyevin iradəsi sayəsində bu siyasi xətt davam edəcək. Hadisələrin əks şəkildə cərəyan edəcəyi halda Qərb öz enerji planlarını və Qərb-Şərq enerji layihələrini yenidən nəzərdən keçirməyə məcbur olacaq. Avropa enerji təhlükəsizliyi arxitekturasında ciddi dəyişikliklərə hazır olmaya bilər. Xüsusən də, Avropanın Rusiyanın enerji asılılığından azad olunması kimi vacib məqamda ciddi dəyişiklik həm qeyri-real, həm də iqtisadi cəhətdən qeyri-sərfəli olacaq. Əgər Bakı Qərbin dəstəyinin etibarlı olmasına inandırılmasa, Moskvanın təsir dairəsinə düşəcək,”-deyə müəllif əlavə edib.