Azərbaycan kikboksçusu Moskvada erməni rəqibinə qalib gəlib

Azərbaycan kikboksçusu Moskvada erməni rəqibinə qalib gəlib
# 10 iyun 2019 15:30 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib.

57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

R.Abdullayev APA-ya açıqlamasında erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR