“Vətənə qızıl medalla qayıtmaq çox gözəl hissdir. Mənim üçün yaradılan şəraitə görə federasiyamıza minnətdarlığımı bildirirəm”
Bunu jurnalistlərə açıqlamasında taekvondo üzrə Avropa çempionatında qızıl medala yiyələnən Qaşım Maqomedov deyib:
“Komanda yoldaşlarım da gümüş və bürünc medallar qazandılar. Düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr göstərə biləcəyik”.
Elşən Yəhyayev