APA-nın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə, qurumun strukturu, Xidmətin hərbi qulluqçularının və Xidmətin sisteminə işə götürülən işçilərin ştat sayının həddi, habelə Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilib.
Nazirlər Kabinetinə isə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin etmək və prezidentə məlumat vermək tapşırılıb.
Fərman imzalandığı gündən qüvvəyə minir.