FED rəhbərinin çıxışı öncəsi dollar bahalaşır

FED rəhbərinin çıxışı öncəsi dollar bahalaşır
# 14 oktyabr 2016 11:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dolların əsas valyutalar səbətinə qarşı indeksi 0,3% artaraq 97,801 səviyyəsinə çatıb.

"APA-Economics" xəbər verir ki, bu göstərici dünən qeydə alınan həftəlik maksimumdan (98,129) azdır. Onu da qeyd etməyə dəyər ki, dollar həftə ərzində 1%, ay ərzində isə 2%-dən çox bahalaşıb.

İnvestorlar isə ABŞ-da pərakəndə satışlarla bağlı açıqlanan statistikanı və Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin və Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqrenin açıqlamalarını gözləyir. Pərakəndə satış statistikası istehlakın göstəricisidir. FED rəsmilərinin açıqlamaları isə bu statistika açıqlanandan sonraya təsadüf etməlidir.

Hazırda dolları möhkəmləndirən amillərdən biri ABŞ-da prezident seçkiləri öncəsi keçirilən ictimai rəy sorğusunun nəticələridir. Nəticələr onu deməyə əsas verir ki, Hillari Klinton Donald Trampdan daha populyardır. Bazar iştirakçıları hesab edir ki, H. Klintonun qələbəsi birjalarda status-kvonun qorunmasına səbəb olacaq.

Dollar Yaponiya yeninə qarşı 0,4% möhkəmlənərək 104,08 yen səviyyəsində qərarlaşıb. Halbuki, ötən axşam 1 dollar 104,62 yenə qədər bahalaşa bilib ki, bu da iyul ayının sonundan maksimumdur.

Avro isə 0,3% zəifləyərək 1,1024 dollara çatıb.

Böyük Britaniya funt sterlinqi 0,4% ucuzlaşaraq 1,2202 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR