Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub
# 21 avqust 2013 05:07 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb. Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR