Bu gün Azərbaycan birinciliyi start götürür

Bu gün Azərbaycan birinciliyi start götürür
# 15 yanvar 2018 10:21 (UTC +04:00)

Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 31 komanda mübarizə aparacaq.

10 çəki dərəcəsi üzrə baş tutacaq birincilik Boks Mərkəzində təşkil olunacaq. Qalib adı uğrunda 140 idmançı qüvvəsini sınayacaq.

Döyüşlər hər gün saat 14:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 19-na təsadüf edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR