Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum olub

Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum olub
# 14 yanvar 2018 15:39 (UTC +04:00)

Ümumdünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyasına əsasən superağır çəkidə çempion britaniyalı Entoni Coşua martın 31-də Kardiffdə Ümumdünya Boks Təşkilatının (WBO) çempion tituluna malik Yeni Zelandiyalı Cozef Parker ilə görüş keçirəcək.

APA-nın məlumatına görə, E. Coşua bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.

Qeyd edək ki, 25 yaşlı C. Parker indiyə qədər peşəkar rinqdə məğlubiyyətlə üzləşməyib, 18-i nokautla olmaqla, 24 qələbə qazanıb. İndiyə qədər 28 yaşlı E. Coşua da məğlubiyyətlə üzləşməyib, 20 görüşünün hamısında nokautla qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR