"Rabitəbank" yeni kredit faizi təklif ilə "Black Friday" kampaniyasına qoşulub

"Rabitəbank" yeni kredit faizi təklif ilə "Black Friday" kampaniyasına qoşulub
# 26 noyabr 2019 14:58 (UTC +04:00)

"Rabitəbank" ASC “Black Friday” endirim kampaniyasına qoşularaq, nağd pul kreditinə faiz endirimi edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 28 noyabr tarixindən etibarən, 3 gün olmaqla "Rabitəbank" nağd pul kreditinə illik cəmi 16% ilə, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla müştərilərinə endirim tətbiq edir.

Bundan əlavə, müştərilər artıq yalnızca həftəiçi deyil, həm də şənbə günü iş saatlarından sonra da kredit əldə edə biləcəklər.

28-29 noyabr tarixlərində bütün bank filiallarında, həftənin şənbə günü 30 noyabr tarixində isə Bakı filialları, Sumqayıt və Gəncə filialında kredit əldə edə biləcəklər. Qeyd edək ki, paytaxt filiallar, Sumqayıt və Gəncə filialı saat 20:00-dək, 24/7 Nəsimi filialında isə saat 22:00-dək müştərilərə xidmət göstərəcək. Nəsimi filialı Bülbül prospekti, 30 və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində, tam yeni və rahat korporativ üslubu ilə müştərilərinə 24 saat xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR