SECO növbəti 5 ildə Azərbaycana 4 mln. dollar ayıracaq

SECO növbəti 5 ildə Azərbaycana 4 mln. dollar ayıracaq
# 20 avqust 2008 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Biznes mühitinin təkmilləşdirilməsi Layihəsi»nə dəstək olan İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bu məqsədlə ölkə hökumətinə əvəzsiz maliyyə yardımı göstərəcək.
«APA-Economics»in məlumatına görə, layihənin icrasına dəstək göstərmək üçün SECO növbəti 5 il ərzində Azərbaycana 4 mln. ABŞ dolları həcmində qrant ayıracaq.
Qeyd edək ki, 2001-ci ildən etibarən Azərbaycanla əməkdaşlıq edən SECO ölkədə bir sıra sahələrin inkişafı üçün 40 mln. dollar məbləğində maliyyə vəsaiti ayırıb. Hər il İsveçrə Azərbaycana müxtəlif sahələrin inkişafı üçün 6 mln. dollar məbləğində əvəzsiz yardım göstərir. Həmin sahələrə korporativ idarəetmə, lizinq, ilkin ipoteka, dövlət qiymətli kağızlar bazarı, intellektual mülkiyyət hüquqları və su təchizatı daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR