(mln. AZN)
Banklar | Aktivlər | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 3 635,842 |
2 | Bank Standard | 712,329 |
3 | UniBank | 479,397 |
4 | Texnikabank | 414,627 |
5 | Bank Respublika | 330,736 |
6 | Xalg Bank | 325,693 |
7 | Kapital Bank | 285,800 |
8 | Azerdemiryolbank | 200,200 |
9 | AGBank | 199,817 |
10 | Bank of Baku | 176,224 |
11 | Azərbaycan Mikromaliyyələşdirmə Bankı | 175,677 |
12 | Nikoil Bank | 170,021 |
13 | Paşa Bank | 149,482 |
14 | AtaBank | 116,752 |
15 | Zamin Bank | 115,433 |
16 | Bank of Azerbaijan | 105,109 |
17 | Muğan Bank | 99,484 |
18 | Rabitabank | 98,649 |
19 | Royal Bank of Baku | 85,067 |
20 | YapıKredi Bank Azerbaijan | 82,973 |
21 | Azərbaycan Sənaye Bankı | 81,121 |
22 | Turanbank | 76,175 |
23 | Əmrahbank | 63,609 |
24 | Para Bank | 56,500 |
25 | Bank Avrasiya | 41,886 |
26 | Azər-Türk Bank | 37,463 |
27 | Birlik Bank | 36,448 |
28 | Qafqaz İnkişaf Bankı | 35,627 |
29 | NBCBank | 34,659 |
30 | Debut Bank | 33,333 |
31 | Atrabank | 32,192 |
32 | United Credit Bank | 30,878 |
33 | Deka Bank | 27,190 |
34 | Gəncəbank | 27,147 |
35 | Azərbaycan Kredit Bankı | 26,597 |
36 | Kredo Bank | 26,130 |
37 | Günaybank | 25,015 |
38 | Melli İran Bankı Bakı | 20,738 |
39 | Azərnəqliyyatbank | 19,976 |
40 | Kövsər Bank | 16,523 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 4,479 mlrd. ABŞ dolları) ölçülür.
Təqdiredici haldır ki, cədvəldə sonrakı beş yeri özəl bank təşkilatları - «Bank Standard», «UniBank», «Texnikabank», «Bank Respublika» və «Xalg Bank» tutub. Bu, Azərbaycanın qeyri-dövlət bank sektorunun dinamik inkişaf etməsindən xəbər verir. Respublikanın ikinci dövlət bankı – «Kapital Bank» isə yalnız 7-ci yerdə qərarlaşıb.
Cədvəldən göründüyü kimi, yalnız 8 bankın aktivlərinin həcmi 200 mln. manat (01.07.2008-ci il vəziyyətinə - 246,396 mln. ABŞ dolları), 16 bankın aktivləri - 100 mln. manat (123,198 mln. ABŞ dolları), daha 8 bankın aktivlərinin həcmi isə 50 mln. manat (61,599 mln. ABŞ dolları) həddini üstələyib.
Maraqlıdır ki, ilk səkkizliyə daxil olan bankların məcmu aktivləri qalan 32 bankın aktivlərinin cəmindən 2,8 dəfə (!) çoxdur.