Azərbaycanın iki kommersiya bankına yeni sədr təyin edilib

Azərbaycanın iki kommersiya bankına yeni sədr təyin edilib
# 01 sentyabr 2008 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinə yeni sədr təyin edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Quliyeva Zəhra Bəyazəddin qızı təyin olunub.
Qeyd edək ki, İdarə Heyətinin sabiq sədri Baratəli Piriyev «Kredo Bank» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinə yeni sədr seçilib. Bundan öncə isə bu vəzifəni Alla Susnikova icra edib.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 115,433 mln. manat, kredit portfeli 69,308 mln. manat, depozit portfeli 37,683 mln. manat, məcmu kapitalı 12,956 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib. Bankın respublika üzrə 20 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 20 bankomatı və 938 POS-terminalı fəaliyyət göstərir.
Təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Hazırda bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 26,130 mln. manat, kredit portfeli 19,357 mln. manat, depozit portfeli 4,017 mln. manat, məcmu kapitalı 14,351 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,640 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR