Beynəlxalq Sığorta Şirkəti gələn il nizamnamə kapitalını 36% artıracaq

Beynəlxalq Sığorta Şirkəti gələn il nizamnamə kapitalını 36% artıracaq
# 03 sentyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 2009-cu il ərzində nizamnamə kapitalını 36,36% artıraraq 12 mln. manata çatdıracaq.
BSŞ-nin satış və marketinq departamentinin direktoru Elşad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, nizamnamə kapitalının artırılması zamanı şirkətin səhmdarları sırasında dəyişiklik olmayacaq: «Belə ki, nizamnamə fondu şirkətin mövcud səhmdarlarının hesabına artırılacaq. Hazırda isə BSŞ-nin nizamnamə fondu 8,8 mln. manat təşkil edir».
Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalının həcminə görə, VSŞ ölkədəki sığorta şirkətləri sırasında ilk yeri tutur. Cari ilin yanvar-iyun aylarında şirkətin sığorta daxilolmalarının həcmi 9,35 mln. manat, ödənişləri isə 1 mln. manat olub. Şirkətin respublika ümumi sığorta haqlarında xüsusi çəkisi 9,55%, ödənişlərdə isə 4,54% təşkil edib. Hazırda şirkət 29 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR