Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin avqust renkinqinə «Standard Capital» şirkəti başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin avqust renkinqinə «Standard Capital» şirkəti başçılıq edir
# 03 sentyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Standard Capital» şirkəti başçılıq edir.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, şirkət 7 müştəriyə ümumi dəyəri 25 895 870,76 manat olan broker xidmətləri göstərib. İkinci yeri 3 müştəriyə ümumilikdə 23 621 293,08 manatlıq broker xidmətləri göstərmiş «BoB Broker» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 22 484 681,04 manat göstəricisi ilə «Respublika İnvest» şirkəti qərarlaşıb.
Qeyd edək ki, avqust ayında brokerlərin renkinqində birinci yeri tutan şirkətin müvafiq maliyyə göstəricisi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, iyul ayında göstərilmiş broker xidmətlərinin maksimal məbləği 75 372 849,18 manat təşkil edib. Bundan başqa, bu ilin avqust ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 11-dən 9-dək azalıb.



Mövqe

(iyul,2008)

Mövqe

(avqust,2008)

Brokerlər

Müştərilər (iyul,2008)

Müştərilər (avqust,2008)

Əməliyyatların həcmi (AZN)

1

1

Standard Capital

8

7

25 895 870,76

7

2

BoB Broker

2

3

23 621 293,08

2

3

Respublika Invest

5

5

22 484 681,04

3

4

UniCapital

10

8

20 526 521,42

5

5

Azerintertrade

4

3

19 785 733,88

6

6

Texnika Capital Management

5

4

19 756 802,30

4

7

YapıKredi Invest

1

1

12 872 926,40

9

8

Brokdil-Az

1

1

7 336 472,76

10

9

Capital Partners

1

1

7 278 561,88

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR