Avqustda Azərbaycanda 104 mln. manat həcmində adi səhm buraxılışları qeydiyyata alınıb

Avqustda Azərbaycanda 104 mln. manat həcmində adi səhm buraxılışları qeydiyyata alınıb
# 03 sentyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2008-ci ilin avqust ayında 9 korporativ emitentin 9 qiymətli kağızların buraxılışını dövlət qeydiyyatına alıb. QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, qeydə alınan emissiyaların 8-i səhm, 1-i isə istiqrazlar buraxılışıdır.
Səhm buraxılışlarının nominal üzrə ümumi həcmi 113 607 111,36 manat təşkil edib. Belə ki, avqustda qeydiyyata alınmış səhm buraxılışları arasında «Akkord İnşaat-Sənaye» (emissiyanın həcmi - 10 mln. manat), «Qala Sığorta» (1 mln. manat), Azərbaycan Beynəlxalq Bankı (100 mln. manat), «Körpü Tikinti-1» (37 111,36 manat), «Azəri Faktorinq və Lizinq» şirkəti (400 min manat), «FinansLizinq» şirkəti (600 min manat), «Bakı Sığorta» (700 min manat) və «Birlikbank» (870 min manat) olub. Bütün emissiyalar adi səhm buraxılışı olub.
Qeyd edək ki, hesabat ayında «UniBank»ın 10 mln. ABŞ dolları həcmində korporativ istiqrazlarının buraxılışı qeydiyyata alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR