Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub
# 05 sentyabr 2008 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan banklar sırasına yeni yaranmış «Naxçıvanbank» SKB da qatılıb. ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, bununla da fonda üzv olan bankların sayı 38-ə çatıb.
Xatırladaq ki, iştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. İştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond əmanətçiyə 2010-cu il yanvarın 1-dək əmanətin məbləğinin 100%-ni, lakin 6 min manatdan çox olmayaraq kompensasiya ödəyir.
Qeyd edək ki, sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir. Əmanətçinin bir bankda bir neçə əmanəti olduqda isə onlar toplanır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir, sığorta haqları yalnız bank tərəfindən ödənilir.
Qeyd edək ki, ƏSF 2007-ci ilin avqustun 13-dən fəaliyyətə başlayıb. Banklar quruma üzv olan zaman birdəfəlik üzvlük haqqı 10 min manat ödəməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR