Azərbaycan manatının dollara qarşı ucuzlaşması bu həftə də davam edəcək - TƏHLİL

Azərbaycan manatının dollara qarşı ucuzlaşması bu həftə də davam edəcək - <font color=red>TƏHLİL</font>
# 08 sentyabr 2008 15:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabrın ayının 1-dən 5-dək Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta seksiyasının dövriyyəsi 16,568 mln. ABŞ dolları təşkil edib. Gündəlik dövriyyə aşağıdakı kimi olub:



Dolların birja məzənnəsi (BBVB-nın valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsində müəyyənləşən orta göstərici) həftə ərzində 0,8124-0,8146 AZN/dollar civarında dəyişib, yəni dolların məzənnəsinin artımı 0,27% təşkil edib.
Qeyd edək ki, həftə ərzində dolların rəsmi məzənnəsi 0,17%, nağd alış məzənnəsi (bir sıra banklar üzrə) – 0,15%, nağd satış məzənnəsi - 0,33% artıb:



Göründüyü kimi, ən əhəmiyyətli dəyişiklik mübadilə məntəqələrində olan satış məzənnəsi üzrə müşahidə edilib və bu, tamamilə məntiqə uyğundur. Çünki bütün ötən həftə boyu dollar tək Azərbaycanda deyil, ümumilikdə dünyada bahalaşıb və nəticədə banklar satdıqları valyutanın məzənnəsini dərhal qaldırıb.
Qeyd edək ki, orta nağd satış məzənnəsi ilə orta birja məzənnəsi arasındakı fərq 0,006 manat və ya 0,7% təşkil edib. Bəzi banklarda isə bu göstərici hətta 0,01 manat və ya 1,3% səviyyəsinə çatıb.
Müxtəlif məzənnələr üzrə tərtib olunan qrafik Azərbaycanda məzənnələrin formalaşması prosesinin tam iqtisadi qanunlara əsaslandığını göstərir. Yəni, Milli Bankın məzənnəsi BBVB-nin məzənnəsindən bir az yüksəkdir (rəsmi məzənnənin formalaşmasında bankdaxili konvertasiyasının iştirakına görə), nağd alış və satış məzənnələri isə müvafiq olaraq qrafikin aşağı və yuxarı sərhədlərini müəyyənləşdirib.
Ümumiyyətlə, ötən həftə dünya maliyyə, o cümlədən valyuta bazarlarında mühüm hadisələrlə yadda qalıb. Daha dəqiq desək, dolların avro, iyen və rubla qarşı kəskin bahalaşması müşahidə olunub. Bu son aylar ərzində məzənnələrin ən yüksək dəyişməsidir, həmçinin dollara nisbətdə avro illik minimuma düşüb.
Aydındır ki, belə hadisələr müəyyən dərəcədə Azərbaycan bazarına da təsir etməyə bilməzdir. Nəticədə, ölkəmizdə dolların məzənnəsinin artımı davam edib. Yaxın müddət üçün proqnozlara əsasən, Rusiyada əksər analitiklər dolların artımının qısamüddətli olacağını düşünürlər. Avropada isə vəziyyət hələlik nəzarət və dəqiq proqnozlaşma xaricindədir, bütün diqqət və proqnozlar cari hadisələrin ardınca gedir. Bütün diqqət Avropa Mərkəzi Bankına yönəldilib – ötən həftə uçot dərəcəsi sabit saxlanıldı və avronun ucuzlaşması prosesi hələ də davam edir. Bu səbəbdən əmin olmaq olar ki, bu həftə də manatın məzənnəsinin düşməsi tendensiyası davam edəcək. Lakin makroiqtisadi, monetar və spekulyativ əsaslar olmadığına görə, manatın ucuzlaşması tempi ötən həftənin göstəricisini üstələməyəcək.
Ötən həftə üzrə valyuta bazarının təhlili bazarın daha bir aspektini üzə çıxarıb ki, bu da T+1, T+2 tarixli valyuta əqdlərinin bağlanmaması, həmçinin SWAP-əməliyyatların keçirilməməsi, yəni bu növ əməliyyatlara tələbatın olmaması ilə bağlıdır. Adətən, inkişaf etmiş bazarlarda bu kimi hallar, o cümlədən belə əməliyyatlara tələbatın olmaması «investisiya fasiləsi» kimi qiymətləndirilir. Bu şəraitdə bazar iştirakçıları dərəcələrin sabitliyinə əmin olmaq istəyir və hər hansı dəyişikliklər gözləyirlər. Lakin Azərbaycanda SWAP-əməliyyatlarının keçirilməməsi digər səbəblərlə bağlıdır - valyuta əməliyyatları hələ də yalnız cari tələbatın ödənilməsi məqsədi güdür və törəmə əqdlərin predmetinə çevrilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR