Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilməsindən imtina edilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilməsindən imtina edilib
# 10 sentyabr 2008 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Abşeron» səhmdar sığorta şirkətinə sığorta fəaliyyətinə dair müddətsiz lisenziya verilməsindən imtina edib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Abşeron» sığorta şirkətinə verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar «Sığorta fəaliyyəti haqqında» qanunun 58.1-ci maddəsinə əsasən, həmin şirkətə müddətsiz lisenziya verilməsindən imtina edilib.
Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən «Abşeron» sığorta şirkətinin lisenziyasının qüvvəsi bu ilin sentyabr ayının 2-dək dayandırılıb. Nazirlik lisenziyanın qüvvəsinin dayandırılmasına əsas səbəb kimi şirkətin fəaliyyətində çoxsaylı qanun pozuntuları və nöqsanların aşkar edildiyini göstərib.
Qeyd edək ki, «Abşeron» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərib. Şirkətin bu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 0,32 mln. manat, ödənişlər isə 0,05 mln. manat olub. Şirkətin ümumi sığorta daxilolmalarında xüsusi çəkisi 0,33%, ödənişlərdə isə 0,23% təşkil edib. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,994 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR