Azərbaycanda DQİ-lərin yerləşdirməsi artıq ünvanlı xarakter daşıyır

Azərbaycanda DQİ-lərin yerləşdirməsi artıq ünvanlı xarakter daşıyır
# 11 sentyabr 2008 12:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bankı Fond Birjasında (BFB) dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə üç hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, əlavə yerləşdirmələrin ümumi həcmi nominal üzrə 6 629 200 manat təşkil edib. Bundan 3 333 200 manatlıq əlavə yerləşdirmə 11,38% gəlirliklə, 2 373 600 manat - 11,37% gəlirliklə, 922 400 manat - 11,40% gəlirliklə keçirilib.
Yerləşdirmələrin özünə cəlb edən əsas amili ondan ibarətdir ki, hərracların hər üçündə yalnız 1 investor iştirak edib. Bundan başqa, investorlar tərəfindən təqdim olunmuş sifarişlərin yerləşdirmənin nəticələrinə bərabər olması faktı da özünə diqqət cəlb edir. Bu amil onu deməyə əsas verir ki, DQİ-lərin yerləşdirilməsi artıq ünvanlı xarakteri daşıyır. Bu halda yerləşdirmə investorlar tərəfindən tələbat bəyan edildikdən sonra elan olunur və hərrac keçirilir.
Qeyd edək ki, hazırda dövriyyədə 232 787 600 manat məbləğində 46 DQİ buraxılışı var. Buraxılışların əksəriyyəti ilkin yerləşdirmədə elan olunmuş emissiyalar tam yerləşdirilmir və qalıqlar əlavə yerləşdirmələrdə satılır. Əlavə yerləşdirmələrdə isə satışlar ünvanlı xarakteri daşıyır. Burada diqqəti cəlb edən amil odur ki, gəlirlik dərəcəsi birbaşa emitent (Maliyyə Nazirliyi) tərəfindən diktə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR