Gələn ildən Azərbaycanda yeni ipoteka kreditləşməsi proqramı tətbiq olunacaq

Gələn ildən Azərbaycanda yeni ipoteka kreditləşməsi proqramı tətbiq olunacaq
# 12 sentyabr 2008 12:23 (UTC +04:00)
E.Rüstəmovun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, ipoteka kreditləşməsi özünümaliyyələşdirmə prinsiplərinə əsaslanmalıdır: «Bütövlükdə, büdcə pulları hesabına ipoteka kreditlərinin verilməsi hazırkı şəraitdə əlavə inflyasiya mənbəyi yaratmaq deməkdir».
AMB sədrinin sözlərinə görə, hazırda bir sıra ölkənin, o cümlədən Danimarka və Meksikanın bu sahədə təcrübəsi öyrənilir: «Bu ölkələrdə çevik ipoteka kreditləşməsi modeli mövcuddur. Yaxın illər üçün ipoteka kreditləşməsi modeli hazırda hökumətdə razılaşdırma mərhələsindədir. Yeni model növbəti ildən tətbiq ediləcək».
Yeni ipoteka proqramının kommersiya banklarının analoji proqramları ilə müqayisəsinə gəlincə, E.Rüstəmov burada elə bir ciddi fərqin olmadığını vurğulayıb: «Fərq makroiqtisadi dəyişikliklərlə əlaqədardır. Yeni model xarici və daxili maliyyə bazarlarında olan faiz dərəcələrinə əsaslanacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR