Azərbaycan Milli Bankının inflyasiya ilə mübarizə aparmaq imkanları məhduddur

Azərbaycan Milli Bankının inflyasiya ilə mübarizə aparmaq imkanları məhduddur
# 12 sentyabr 2008 15:07 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov bildirib ki, AMB inflyasiyanın cilovlanması istiqamətində zəruri addımlar atır. Lakin bu, yalnız Milli Banka məxsus olan alətlər vasitəsi ilə aparılır, həmçinin bu alətlərin sayı da məhduddur.
E.Rüstəmov qeyd edıb ki, inflyasiyanın formalaşmasında monetar amillər də rol oynayır və bunlara qarşı müvafiq tədbirlər görülür. Bura ilk növbədə ehtiyat normaların artırılması və valyuta tənzimləməsi rıçaqları aiddir.
Lakin göründüyü kimi, bu addımlar müsbət nəticəsi vermir, çünki inflyasiyanın formalaşmasında monetar amillərin rolu çox azdır.
E.Rüstəmovun fikrincə, enerji daşıyıcılarının bahalaşması amilinin də inflyasiyaya təsiri böyükdür.
Xatırladaq ki, rəsmi məlumatlara görə, hazırda Azərbaycanda illik inflyasiyanın səviyyəsi 20%-dən artıqdır. İlin sonuna olan proqnozlara əsasən, 2008-ci ildə bu göstəricinin 18-25% civarında dəyişəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR