Azərbaycanda aztəminatlı ailələr üzrə kreditlərin ödəniş səviyyəsi 100%-ə yaxındır

Azərbaycanda aztəminatlı ailələr üzrə kreditlərin ödəniş səviyyəsi 100%-ə yaxındır
# 16 sentyabr 2008 15:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda qaçqın, köçkün və aztəminatlı ailələr üzrə kreditin qaytarılması səviyyəsi 99-100%-ə bərabərdir. «APA-Economics»in məlumatına görə, bunu baş nazirin birinci müavini Əli Həsənov bildirib.
Ə.Həsənovun sözlərinə görə, irihəcmli kreditlərdən daha çox imkanlılar, kiçik kreditlərdən isə imkansızlar bəhrələnir: «Buna görə də beynəlxalq və yerli donorlara müraciət etmişəm ki, bu kreditləşmənin parametrlərinə xüsusi fikir versin. Yəni, həmin təşkilatlar mikro-kredit layihələrinə və proqramlarına diqqəti daha da artmalıdır».
Hökumət rəsmisi hesab edir ki, Azərbaycanda hələlik mikromaliyyələşdirmə sahəsində ciddi bir qüsur yoxdur və bu baxımdan ölkədə qeyri-bank kredit təşkilatlarının sayı artır. Bu sahənin inkişafında Azərbaycan hökuməti çox maraqlıdır və gələcəkdə də bu sahənin inkişafına dəstək göstərəcək: «Ölkədə mikromaliyyə sektorunun inkişafını daha da sürətləndirilməsi üçün Azərbaycan hökuməti yeni yaranan kredit təşkilatlarının fəaliyyətinə verilən lisenziyaya üçün dövlət rüsumunu azaldıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR