Azərbaycanın valyuta bazarı qeyri-sabitlik nümayiş etdirir

Azərbaycanın valyuta bazarı qeyri-sabitlik nümayiş etdirir
# 22 sentyabr 2008 10:54 (UTC +04:00)
Ümumilikdə, ötən həftə birja valyuta bazarında məcmu dövriyyə 55,045 mln. dollar təşkil edib. Həftə ərzində gündəlik dövriyyə göstəriciləri çox fərqli olub:




Beləliklə, bu dövr ərzində mütəşəkkil valyuta bazarının dövriyyəsi əvvəlki həftənin göstəricisindən 20,6% artıq olub.
Birja dövriyyəsinin günlər üzrə müxtəlif məbləğlərdə bölüşdürülməsi hər hansı tendensiya və ya obyektiv xarakter daşımayıb. Çünki sentyabrın 15-də böyük həcmin olması üçün heç bir xarici zəmin olmayıb. Bu da valyuta bazarında əqdlərin yalnız valyuta dilerləri və ya onların müştərilərinin cari tələbatına uyğun aparıldığını göstərir.
Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində ticarətin nəticəsi üzrə orta göstərici) 0,8114 manatdan 0,8123 manatadək dəyişib, yəni bu müddət ərzində dollar 0,1% bahalaşıb.
Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,18% möhkəmlənib, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,21%, nağd satış məzənnəsi isə 0,15% yüksəlib:




Məzənnələrin dinamikası bir sıra maraqlı amilləri aşkarlayır. Bu, ilk növbədə rəsmi məzənnənin qeyri-sabitliyi ilə bağlıdır. Bu amil öz növbəsində avronun dinamikasında da əks olunub:




Göründüyü kimi, avronun dinamikası dollar üzrə qrafikinə asimmetrikdir, yəni tam əksidir. Bu da izah ediləndir - xarici bazarlarda bu iki valyuta hər zaman bir-birinin antipodudur. Belə ki, dollar bahalaşan zaman, mütləq avro cuzlaşır və əksinə. Təhlil olunan dövr ərzində Azərbaycanda dollar və avronun qeyri-sabitliyi dünya bazarlarında bu valyutalar yzrə müşahidə edilən kəskin eniş-yüksəlişin nəticəsi olub.
Ötən həftə valyuta bazarının daha bir xüsusiyyəti nağd alış məzənnəsinin birja məzənnəsinə sıx yaxınlaşması ilə bağlı olub. Bununla yanaşı, nağd satış məzənnəsi qrafikdə digərlərindən xeyli yuxarıda yer alıb. Bu da onu göstərir ki, nağd bazarın iştirakçıları dolları ucuz alıb və baha satmağa çalışıblar. Nəticədə, marja həmişəkindən daha geniş olub. Beləliklə, rəsmi məzənnənin qeyri-sabitliyi nağd bazarda spekulyativ əhval-ruhiyyənin əmələ gəlməsinə səbəb olub.
Qeyd edək ki, ötən həftə dünya bazarlarında mühüm hadisələr və bunun nəticəsi olaraq yaranmış qeyri-sabitliklə yadda qalıb. ABŞ-ın ən iri banklardan olan «Lehman Brothers»in gurultulu müflisləşməsindən sonra, AİG kimi nəhəng sığorta şirkətinin də eyni vəziyyətə düşməsi təhlükəsi yaranmışdır. Lakin federal hakimiyyət şirkətə onun likvidliyini qorumaq üçün 85 mlrd. dollar kredit ayırıb (girov kimi şirkətin nəzarət səhm paketi çıxış edir). Bundan əlavə, uzunmüddətli fasilədən sonra neftin yenidən bahalaşması müşahidə olunur və artıq qiymət 100 dollar/barel həddini ötüb.
Həmçinin, ABŞ və Rusiya hökumətlərinin maliyyə sistemlərinin cari likvidliyini qorumaq məqsədi ilə böyük həcmdə vəsait ayırması barədə xəbərlər yayılıb. Bütün bunlar dünya valyutalarına qeyri-sabitlik təsiri göstərib. Bununla yanaşı, valyutaların məzənnələrinin kəskin dəyişməsi göstərir ki, baş vermiş hadisə və proqnozların bazar üçün müsbət və ya mənfi olduğu bazar iştirakçıları tərəfindən hələ də dəqiq müəyyənləşdirilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR