Yanvar-avqust aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət əməliyyatlarında 490 mln. dollarlıq mənfi saldo yaranıb

Yanvar-avqust aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət əməliyyatlarında 490 mln. dollarlıq mənfi saldo yaranıb
# 22 sentyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanın uzaq xarici ölkələrlə ticarət əməliyyatlarında 33 687 932,6 min ABŞ dolları həcmində müsbət saldo, MDB ölkələri ilə isə 490 045,1 min dollar mənfi saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 36 691 690,2 min dollar, MDB ölkələrinə isə 1 011 845,4 min dollar dəyərində mal ixrac, müvafiq olaraq 3 003 757,6 min dollar və 1501 890,5 min dollar dəyərində mal idxal edilib.
Təhlil olunan dövr ərzində Azərbaycanın ixracatında birinci üç yeri İtaliya (xüsusi çəkisi - 40,99%), ABŞ (12,64%) və İsrail (7,24%), ən çox mal idxal edilən ölkələr sırasında isə Rusiya (18,46%), Türkiyə (10,89%) və Almaniya (8,19%) tutub.
Qeyd edək ki, 2008-ci ilin yanvar-avqust aylarında Azərbaycanın 134 ölkə ilə apardığı ticarət əməliyyatlarının məcmu həcmi 42 209 183,8 min dollar təşkil edib. Xarici ticarətlə 7 581 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 34,55%, özəl sektorun - 65,22%, fiziki şəxslərin - 0,23%-dir. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 22,90%, 71,84% və 5,26% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR