«Parabank» ilin əvvəlindən aktivlərini 52% artırıb

«Parabank» ilin əvvəlindən aktivlərini 52% artırıb
# 22 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bu ilin yanvar-avqust aylarında aktivlərini 52,4% artıraraq 63,04 mln. manata çatdırıb.
«Parabank»dan «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə bankın kredit portfeli 76,4% artaraq sentabrın 1-nə 38,28 mln. manat, depozit portfeli 83,5% artaraq 33,81 mln. manat təşkil edib. Bunun 30,59 mln. manatı fiziki şəxslər tərəfindən yerləşdirilmiş əmanətlərin payına düşür ki, həmin göstərici də ilin əvvəlindən 97,9% artıb. Qeyd edək ki, ümumi depozit portfelində müddətli depozitlərin həcmi 32,78 mln. manat təşkil edib və bu, 2008-ci ilin əvvəlinə nisbətən 97,7% çoxdur.
Hesabat dövründə bank 6,17 mln. manat gəlir əldə edib. Ötən ilin eyni dövrünün nəticələri ilə müqayisədə gəlirlər 63,8% artıb. Gəlirlərin strukturunda faiz gəlirləri 79,6%, qeyri-faiz gəlirləri isə 62% çoxalıb.
Qeyd edək ki, bankın məcmu kapitalı 11,71 mln. manata bərabərdir.
Son bir ayda «Parabank»ın üç yeni filialı («Azadlıq», «Yasamal», «Ağcabədi») açılıb və bununla da bankın filiallarının ümumi sayı 11-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR