Azərbaycanda gəlir vergisinin proqnozları şişirdilir

Azərbaycanda gəlir vergisinin proqnozları şişirdilir
# 24 sentyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu il Azərbaycanda son 5 il ərzində ilk dəfə olaraq fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar kəskin azalıb. «APA-Economics»in Vergilər Nazirliyinin məlumatlarına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyul ayları ərzində fiziki şəxslərin gəlir vergisi üzrə müvafiq proqnoz 81,5% səviyyəsində yerinə yetirilib. Qeyd edək ki, bu ilə qədər fiziki şəxslərin gəlir vergisi üzrə proqnozlar artıqlaması ilə icra olunub:




Göründüyü kimi, proqnozun faktiki daxilolmaları üstələməsi tendensiyası yalnız bu ildən müşahidə olunur. Hətta ilin əvvəlindən 7ayın keçməsinə baxmayaraq, cai neqativ vəziyyətin sağlamlaşdırılmasına nail olmaq mümkün deyil. Ümumilikdə, fiziki şəxslərin gəlir vergisinin ümumi vergi daxilolmalarının həcmində payı proqnozlara əsasən 12,8%, faktiki daxilolmalara əsasən isə 9,3% təşkil edir.
Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlir vergisi diferensial şkala əsasında tutulur. Belə ki, 2 min manata qədər gəlir 14%, 2 min manatdan artıq olan gəlir isə 35% dərəcəsi ilə tutulur. Qeyd edək ki, fiziki şəxslərin gəlir vergisi həcminə görə vergi növləri sırasında üçüncü yeri tutur (mənfəət vergisi və ƏDV-dən sonra) və dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır.
Maraqlıdır ki, digər vergi növləri üzrə cari proqnozlar yerinə yetirilir və ümumilikdə qabaqlama 11,3% təşkil edir.
Nəzərə almaq lazımdır ki, bu il ərzində əhalinin pul gəlirləri, rəsmi statistikaya əsasən, 35,4% artıb. Buna baxmayaraq, gəlir vergisinin mexanizmi dəyişmədiyi halda və vergitutma bazasının genişlənməsi şəraitində, proqnoz tam icra olunmur. Analitiklərin fikrincə, bunun əsas səbəbi proqnozların kəskin artırılması ilə (30%) bağlıdır. Qeyd edək ki, gəlir vergisi üzrə proqnozların yerinə yetirilməməsi mövsümü xarakter daşımır: məsələn, 2007-ci ilin ilk yarısında qabaqlama 4,2%, 2006-cı ilin ilk yarısında - 0,8%, 2005-ci ilin birinci rübündə isə 24,3% təşkil edib.
Analitiklər hesab edirlər ki, cari ilin sonuna kimi gəlir vergisi üzrə vəziyyətinin indiki kimi qalması bu vergi növü üzrə vergi siyasətinin yumşaldılması zəruriliyi yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR