Azərbaycanın fond bazarının inkişafına dair yeni layihə hazırlanır

Azərbaycanın fond bazarının inkişafına dair yeni layihə hazırlanır
# 26 sentyabr 2008 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjası (BFB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair birgə layihə hazırlayır. Bu barədə «APA-Economics»ə BFB-dan məlumat verilib.
«Hazırda layihənin konkret adı və maliyyə dəyəri müəyyənləşdirilməyib. Layihənin ilənməsi prosesi ilkin mərhələdədir və hazırda xarici ekspertlərin seçilməsinə dair iş aparılır. Çox güman ki, cari ilin sonunadək layihənin icrasına başlanacaq», - deyə BFB-dən bildirilib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda dövlət və özəl sektorlarda həyata keçirilən layihələrə ümumi dəyəri 1 mlrd. ABŞ dollarından çox olan 50-dən artıq investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR