Azərbaycanın turizmdən gəliri gələn il 1 mlrd. dolları ötəcək

Azərbaycanın turizmdən gəliri gələn il 1 mlrd. dolları ötəcək
# 27 sentyabr 2008 12:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn il Azərbaycanın turizm sektorundan əldə edəcəyi gəlirin 1 mlrd. ABŞ dollarından çox olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazirin sözlərinə görə, ötən il ölkəyə 1 milyondan çox turist gəlib. Bakının İslam ölkələrinin paytaxtı elan edilməsi ilə əlaqədar 2009-cu ildə Azərbaycana gələcək turistlərin sayında artım gözlənilir.
Nazir həmçinin bildirib ki, yaxın 2-3 il ərzində Azərbaycanda turistlər üçün 50 minədək yerləşmə yeri olacaq. Bununla da ildə 1,5-2 mln. turistə xidmət etmək imkanı yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR