«UniLeasing» şirkəti xaricdən daha bir kredit cəlb edib

«UniLeasing» şirkəti xaricdən daha bir kredit cəlb edib
# 02 oktyabr 2008 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Lüksemburqun «West-East Bank»ı Azərbaycanın «UniLeasing» şirkətinə 5 mln. ABŞ dolları həcmində kredit ayırıb.
«UniLeasing» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Avropa bankı tərəfindən ayrılan kredit Azərbaycan şirkətinin lizinq əməliyyatlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, 2005-ci ildə «UniLeasing» şirkətinə İslam İnkişaf Korporasiyası (İCD) tərəfindən 1,7 mln. dollar, 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən 5 mln. dollar və Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 3 mln. dollar, 2007-ci ildə isə Avstriyanın «Raifaizenbank»ı tərəfindən 400 min avro həcmində kredit ayrılıb. Bununla yanaşı, bu il ABŞ «Eximbank»ı «UniLeasing» şirkətinə 2,5 mln. dollar həcmində kreditin ayrılmasına dair qərar qəbul edib.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin lizinq portfeli 5,9 mln. dollar, oktyabr ayının 1-nə nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR