Azərbaycan İpoteka Fondu auditə hazırlaşır

Azərbaycan İpoteka Fondu auditə hazırlaşır
# 03 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu 2008-ci ilin maliyyə hesabatlarının auditinin keçirilməsi üçün tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini bu ilin noyabrın 14-dək, tender təkliflərini isə noyabrın 20-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru noyabrın 21-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 441-24-23.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR