Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqinə «Standard Capital» başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqinə «Standard Capital» başçılıq edir
# 07 oktyabr 2008 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Standard Capital» şirkəti başçılıq edir.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 4 müştəriyə ümumi dəyəri 27 716 404,8 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 27 508 466,26 manatlıq broker xidməti göstərmiş «YapıKredi Invest» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 207 938,54 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 16 599 451,16 manatla «Respublika Invest» şirkəti qərarlaşıb.
Qeyd edək ki, sentyabr ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, avqust ayında göstərilmiş broker xidmətlərinin maksimal həcmi 25 895 870,76 manat olub. Bundan başqa, bu ilin sentyabr ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-ə düşüb.

Mövqe (avqust) Mövqe (sentyabr) Brokerlər Müştərilər (avqust) Müştərilər (sentyabr) Əməliyyatların həcmi (AZN)
1 1 «Standard Capital» 7 4 27 716 404,80
7 2 «YapıKredi Invest» 1 1 27 508 466,26
3 3 «Respublika Invest» 5 5 16 599 451,16
2 4 «BoB Broker» 3 1 13 306 448,42
5 5 «Azerintertrade» 3 3 11 402 735,36
4 6 «UniCapital» 8 4 7 013 276,02
6 7 «Texnika Capital Managment» 4 5 2 745 326,82
8 8 «Brokdil-Az» 1 1 2 667 690,88
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR