Son bir ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 81% artıb

Son bir ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 81% artıb
# 22 oktyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 81,4% və ya 2,9 mlrd. manat artaraq 6,455 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 43,4%-i dövlət, 54,1%-i özəl banklar, 2,5%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilən kreditlərin 69,3%-i uzunmüddətli kreditlər təşkil edib, 1,9%-nin isə ödənilmə vaxtı keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR