Azərbaycanda bank depozitlərinin həcmi azalmağa başlayıb

Azərbaycanda bank depozitlərinin həcmi azalmağa başlayıb
# 07 noyabr 2008 06:35 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici il ərzində 38,5%, cari ilin əvvəlindən isə 26,2% artıb. Eyni zamanda, sentyabr ayında depozitlərin həcmi 1,7% azalıb.
AMB-dən bildirilib ki, manat depozitlərinin həcmi 1 882,2 mln. manat təşkil edib ki, bu da depozitlərin ümumi həcminin 46,9%-i deməkdir. Müvafiq olaraq xarici valyutada olan depozitlərin həcmi 2 135,3 mln. manat, xüsusi çəkisi isə 53,1%-i təşkil edib.
Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə manat və valyuta depozitlərin payı müvafiq olaraq 47,2%-ə və 52,8%-ə, cari ilin əvvəlində isə 53%-ə və 47%-ə bərabər olub.
Banklarda yerləşdirilən depozitlərin 1 230,7 mln. manatı və ya ümumi həcmin 30,6%-i tələb olunanadək depozitlərin payına düşüb. Yəni, depozitlərin 70%-ə yaxın hissəsi müddətli depozitlərdir ki, bu cür depozitlərin xüsusi çəkisi son bir il ərzində 11%, cari ilin əvvəlində isə 8% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR