Azərbaycan parlamenti daimi komissiyalar səviyyəsində 2009-cu il dövlət büdcəsinin layihəsi üzrə müzakirələri davam etdirir - YENİLƏNİB

Azərbaycan parlamenti daimi komissiyalar səviyyəsində 2009-cu il dövlət büdcəsinin layihəsi üzrə müzakirələri davam etdirir - <font color=red>YENİLƏNİB</font>
# 07 noyabr 2008 09:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iclasda «2009-cu il dövlət büdcəsi haqqında» qanun layihəsi, «Yaşayış minimumu haqqında», «Ehtiyac meyarı haqqında» qanunlara dəyişikliklər və kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı məsələlər müzakirə edilib.
Büdcə layihəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, ölkənin valyuta ehtiyatları cari ilin əvvəlindən ötən dövr ərzində 2,4 dəfə artaraq 18 mlrd. ABŞ dollarına çatıb.
Növbəti ildə dövlət büdcəsinin gəlirləri ÜDM-nin 27,9%-i həcmində və ya 12 177 mln. manat, xərclərinin isə ÜDM-nin 28,3%-i və ya 12 355 mln. manat olacağını deyən nazir bu göstəricilərin 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 1,4% artıq olacağını vurğulayıb.
Maliyyə naziri həmçinin qeyd edib ki, 2009-cu ildə dövlət büdcəsindən ərzaq təhlükəsizliyi proqramına 60 mln. manat, kənd təsərrüfatı istehsalçılarına satılan motor yağları, mineral gübrələrin 50%-nin büdcədən ödənilməsi üçün 77 mln. manat, abadlaşdırma işləri və yolların tikintisinə 308 mln. manat, hazırda işləyən və gələn il fəaliyyətə başlayacaq diplomatik korpusların saxlanılmasına 52 mln. manat (2008-ci ildəkindən 3,2% çox), Azərbaycanda və xaricdə keçiriləcək tədbirlərin maliyyələşdirilməsinə 14 mln. manat vəsait yönəldilməsi planlaşdırılır.
S.Şərifov bildirib ki, 2009-cu ildə yaşayış minimumu adambaşına 84 manat, əmək qabiliyyətlilər üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat, ehtiyac meyarının isə 55 manatdan 60 manata çatdırılması təklif olunur.
Maliyyə naziri əlavə edib ki, «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiq olunması haqqında» qanunun qüvvədə olma müddəti torpaq vergisi istisna edilməklə digər vergilər üzrə 2009-cu il yanvarın 1-dən daha 5 il müddətinə uzadılması tövsiyə olunur.
Milli Məclisin deputatı İqbal Ağazadə dövlət strukturlarının ixtisarının vacibliyinə toxunub. Millət vəkili hesab edir ki, bəzi komitə və strukturların ləğvi və ya Nazirlər Kabinetinin tərkibində idarə kimi fəaliyyətini davam etdirməsi məqsədəuyğundur.
Millət vəkili Qüdrət Həsənquliyev isə təhsil sisteminin kreditləşdirilməsi, QHT və KİV-in maliyyələşdirilməsinin vacibliyinə toxunub. Deputat QHT-lər üçün büdcədən ayrılan 2,8 mln. manatın az olduğunu vurğulayıb.
Daha sonra S.Şərifov millət vəkillərinin suallarına münasibət bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR