Azərbaycan hökuməti dünya maliyyə böhranının təsirini azaltmaq üçün parlamentə müraciət edə bilər

Azərbaycan hökuməti dünya maliyyə böhranının təsirini azaltmaq üçün parlamentə müraciət edə bilər
# 07 noyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya bazarında neftin cari qiymətinin Azərbaycanın dövlət büdcəsindəki baza qiymətlərdən aşağı olması cəmiyyətdə narahatlıq doğurmamalıdır. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifovun sözlərinə görə, Azərbaycanın bu fərqi bağlamaq üçün resursları var.
Qeyd edək ki, 2009-cu ildə dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) 4,9 mlrd. manat transfert edilməsi planlaşdırılır.
«Azərbaycan bu gün dünyadakı maliyyə böhranından kənar qala bilməz. Bu gün dünyada baş verən prosesləri təhlil edirik, imkanlarımızdan istifadə edirik ki, bu böhranın təsirini minimuma endirək», - deyə nazir vurğulayıb.
S.Şərifov onu da əlavə edib ki, lazım gələrsə, hökumət böhran və onun təsirlərinin azaldılması barədə parlamentə müraciət edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR