Azərbaycanda keçirilən sonuncu pul hərracında 2 ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən sonuncu pul hərracında 2 ASC-nin səhmləri satılıb
# 10 noyabr 2008 06:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən noyabrın 4-də keçirilmiş 486-cı pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bunlar, «Ağstafa Yun» və «Mingəçevir Maşın Təmiri» səhmdar cəmiyyətləridir. Bu barədə «APA-Economics»ə DƏİDK-dən məlumat verilib.
Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 667 474 manat, buraxılmış səhmlərinin ümumi sayı 337 737 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Hərraca çıxarılmış 104 321 səhmin ümumi nominal dəyəri 435 642 manat, ilkin hərrac qiyməti 104 321 manat olub. Səhmlərin hamısı ilkin hərrac qiyməti ilə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR