Azərbaycanda milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi maksimal həddə çatıb

Azərbaycanda milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi maksimal həddə çatıb
# 11 noyabr 2008 10:53 (UTC +04:00)
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici son bir il ərzində 1,19 faiz bəndi, cari ilin əvvəlindən isə 1,28 faiz bəndi artıb.
Eyni zamanda, hüquqi şəxslərə manatla verilən kreditlər üzrə faiz dərəcələri illik 16,1% təşkil edir ki, bu da son bir ilin ən yüksək göstəricisidir. O cümlədən, il ərzində hüquqi şəxslərə manatla verilən kreditlər üzrə faiz dərəcəsi 0,77 faiz bəndi, ilin əvvəlindən isə 0,97 faiz bəndi artıb. Fiziki şəxslərə manatla verilən kreditlərin orta faiz dərəcəsi 21,21% təşkil edir. İl ərzində bu göstərici 1,23 faiz bəndi, ilin əvvəlindən isə 0,92 faiz bəndi artıb. Bu göstəricinin ən yüksək həddi isə cari ilin avqustun əvvəlində müşahidə olunub.
Xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi il ərzində 2,45 faiz bəndi, ilin əvvəlindən isə 1,56 faiz bəndi enərək, oktyabrın 1-nə 14,70% təşkil edib. Hüquqi şəxslərə xarici valyutada verilən kreditlərin faiz dərəcəsi 11,98% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,66 faiz bəndi, ilin əvvəli ilə müqayisədə isə 1,74 faiz bəndi azdır. Fiziki şəxslər üzrə həmin göstərici il ərzində 0,28 faiz bəndi, ilin əvvəlindən isə 0,2 faiz bəndi enərək 21,50%-ə çatıb.
Azərbaycan Milli Bankının hazırladığı «2008-ci ilin sentyabr ayı üzrə kredit qoyuluşlarının vəziyyəti barədə İcmal»ında əks olunan kreditlər üzrə faiz dərəcələri aşağıdakı kimidir:

Kreditlər üzrə orta dərəcə

Hüquqi şəxslər üzrə

Fiziki şəxslər üzrə

Manatla

Xarici

valyuta ilə

Manatla

Xarici

valyuta ilə

Manatla

Xarici

valyuta ilə

01.10.2007

17.06

17.15

15.33

14.64

19.98

21.78

01.11.2007

17.15

16.97

15.82

14.47

19.68

21.97

01.12.2007

17.46

16.68

15.79

14.15

20.30

21.62

01.01.2008

16.97

16.26

15.13

13.72

20.29

21.70

01.02.2008

17.49

16.17

15.79

13.78

20.44

21.22

01.03.2008

17.62

16.65

15.72

14.24

20.79

21.31

01.04.2008

17.71

17.87

15.85

16.20

20.84

21.06

01.05.2008

17.89

16.61

16.01

14.37

20.96

20.89

01.06.2008

17.94

14.07

15.86

11.51

21.05

20.61

01.07.2008

17.76

14.11

15.55

11.52

20.94

21.05

01.08.2008

18.21

14.10

15.95

11.71

21.38

21.38

01.09.2008

18.22

14.67

16.00

11.92

21.25

21.40

01.10.2008

18.25

14.70

16.10

11.98

21.21

21.50



Göründüyü kimi, sentyabrdan başlayaraq fiziki şəxslər üzrə xarici valyutada verilən kreditlərin faiz dərəcələri manat kreditlərinin faiz dərəcələrini üstələyir. Bu da sırf subyektiv amillərlə bağlıdır, çünki həmin dəyişiklik üçün makroiqtisadi səbəblər mövcud deyil. Belə ki, bu müddət ərzində dollar/manat və avro/manat məzənnələri tez-tez dəyişdiyinə görə, hər hansı bir vahid enmə tendensiyası müşahidə olunmayıb.
Qeyd edək ki, cari ilin oktyabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfelinin həcmi 6 604,7 mln. manat təşkil edib. Bunun 55,2%-i manatla verilən kreditlərin, 44,8%-i isə xarici valyutada verilən kreditlərin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR