Azərbaycan Almatıda keçirilən MDB ölkələrinin qiymətli kağızlar bazarlarını tənzimləyən dövlət orqanlarının rəhbərləri şurasının iclasında iştirak edib

Azərbaycan Almatıda keçirilən MDB ölkələrinin qiymətli kağızlar bazarlarını tənzimləyən dövlət orqanlarının rəhbərləri şurasının iclasında iştirak edib
# 12 noyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nümayəndə heyəti Almatı şəhərində keçirilən MDB ölkələrinin qiymətli kağızlar bazarlarını tənzimləyən dövlət orqanlarının rəhbərləri şurasının VIII iclasında iştirak edib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda MDB ölkələrinin qiymətli kağızlar bazarlarını tənzimləyən dövlət orqanlarının əməkdaşlığı üzrə bir sıra məsələlər müzakirə edilib və qərarlar qəbul olunub.
Tədbir çərçivəsində şuranın üzv ölkələrində (Azərbaycan, Ukrayna, Moldova, Qırğızıstan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Ermənistan) qiymətli kağızlar bazarının cari vəziyyəti haqqında məlumat verilib.
Bundan başqa, iclasda bir neçə sənəd, o cümlədən QKDK tərəfindən hazırlanmış «Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırılmasına yanaşma haqqında Tövsiyələr» və «Qiymətli kağızlar bazarında nəzarət prinsiplərinin həyata keçirilməsi haqqında Tövsiyələr» şura tərəfindən qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR